Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Gazzetta Dello Sport" nəşri: "Bayern Münhen" Frank Riberini (Franck Ribery) geri qaytarmağı düşünür. 38 yaşlı futbolçu mövsümün sonunda "Fiorentina"dan ayrıldıqdan sonra "Bayern Münhen"də məşq edir.
"Athletic" nəşri: "Everton" "Nyukasl"dan Şon Lonqstaffı (Sean Longstaff) transfer etmək fikrindədir. Rafael Benitez futbolçu ilə yaxından tanışdır və "Qudison Park"da onunla yenidən işləmək niyyətindədir.
"Todofichajes" portalı: "Mançester Yunayted" hələ də Antuan Qrizmanı (Antoine Griezmann) izləyir. Katalonların futbolçunu satmaq istədiyi uzun müddətdir gündəmdə olsa da, Lionel Messinin klubdan getməsi hər şeyi dəyişə bilər.
"L'ÉQUIPE" nəşri: Lionel Messi PSJ ilə son danışıqlar üçün çərşənbə axşamı səhər İbizaya uça bilər.
"Athletic" nəşri: "Southempton" "Blekbern"in hücumçusu Adam Armstronq (Adam Armstrong) üçün 15 milyon funt sterlinq ödəyəcək.
Baş tutmuş transfer xəbərləri:
Coş Sarcent (Josh Sargent) (21 yaşlı hücumçu)
"Verder"dən (Almaniya) "Norviç"ə (İngiltərə) keçidi baş tutub.
Transfer məbləği 8 milyon avro olan futbolçu klubla 4 illik müqavilə imzalayıb. Ötən mövsüm 37 oyuna 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Marko Rixter (Marko Richter) (23 yaşlı vinqer)
"Augsburg"dan (Almaniya) "Herta"ya (Almaniya) transfer olunub.
Transfer məbləği 7.1 milyon avro olan futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Keçən mövsüm 30 oyuna 4 qol vuub və 4 məhsuldar ötürmə edib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol