Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 11 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Azərbaycan - Rusiya 12:1
2016-cı ilin bu günü Rusiyanın U-17 yığması Qazaxıstan Prezident Kubokunda rüsvayçı çıxış edərək turnirdəki bütün görüşlərdə (ümumilikdə 1:28 hesabı ilə) məğlub olub.
Protokola əsasən komanda Tacikistana (0:6), İrana (0:10) və Azərbaycana (1:12) hesabıyla yenilib.
Həmin turnirin bombardirlər siyahısında 1 və 2-ci yerləri Azərbaycan-U17 millisinin futbolçuları Xəqani Sadıxov (7 qol) və Kamran Quliyev (6 qol) bölüşüblər.
Massimiliano Alleqri (Massimiliano Allegri)
11 avqust 1967-ci ildə İtaliyanın Livorno şəhərində tanınmış futbol mütəxəssisi Massimiliano Alleqri dünyaya göz açıb.
Məşqçi olaraq 4 qat İtaliya çempionu (2011, 2015, 2016, 2017), 2 dəfə İtaliya Kubokunun qalibi (2015, 2016), 2 dəfə İtaliya Super Kubokunun qalibi (2011, 2015), İtaliyada 3 dəfə İlin məşqçisi (2011, 2015, 2016) kimi titul və fəxri adlara yiyələnmişdir.
Emin Şəmsiyev