"Mançester Yunayted" və İngiltərə millisinin hücumçusu Markus Raşford çiyin əməliyyatı keçirib.
Fanat.Az xəbər veri ki, bu barədə Markus şəxsi "Twitter" səhifəsində məlumat yayıb:
"Xoş arzularınız üçün təşəkkür edirəm. Əməliyyat uğurla başa çatıb. Bir az ağrılar var amma hiss edirəm ki, sağalmağa doğru gedirəm".
Xatırladaq ki, keçən ilin noyabr ayında aldığı zədə səbəbindən daimi ağrılardan əziyyət çəkən hücumçu nəyahət "Mançester Yunayted"in məşqçilər korpusunun məsləhəti ilə əməliyyat olunmağa qərar verib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol