"Monako"nun ispaniyalı yarımmüdafiəçisi Sesk Fabreqas (Cesc Fabregas) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Sparta" ilə cavab oyununda qazandığı qələbəsini (3:1) və komandasının pley-offda Donetskin "Şaxtyor" klubu ilə keçiriləcək qarşılaşmasını şərh edib.
Fanat.Az xəbər verir ki, futbolçu "Şaxtyor"u məğlub edərək qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib:
"Sparta" aqressiv və eyni zamanda yaxşı təşkil olunmuş komandadır. Bu oyun bizim üçün bir sınaq idi. Bir neçə səhvimiz oldu. Bu səhvlər bizə baha başa gələ bilərdi. Pley-offa çıxmağımız inamla addımlamağımız üçün vacibdir. Hazırda Çempionlar Liqasında oynamaq bizim xəyalımızdır. Önümüzdəki iki həftə ərzində "Şaxtyor"u məğlub etmək üçün çox çalışacağıq. Bu bizim üçün çox vacibdir"
Qeyd edək ki, Fabreqas "Monako"da keçirdiyi 53 oyuna cəmi 3 qol vurub.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol