Bu gün ən çox izlənən çempionatların oyunlarına start verilir.
Proqnoz vermək üçün görüşlərdən birini İspaniya La Liqasından ("Valensiya" - "Xetafe") digərini isə İngiltərə Premyer Liqasından ("Brendfort" - "Arsenal") seçmişik.
La Liqanın açılış oyunu "Valensiya" və "Xetafe" klubları arasında olacaq.
"Valensiya"
"Valensiya" ötən mövsüm uğursuz çıxış edib. Klub rəhbərliyi bu uğursuzluğu o zaman yeni gəlmiş məşqçi Xavi Qrasiyanın (Xavi Gracia) ayağına yazdı. Nəticədə komanda turnir cədvəlində 13-cü yerlə kifayətləndi.
Çempionat ərzində cəmi 10 dəfə qələbə qazanan komanda 13 dəfə heç-heçə edib, qalan 15 oyunu isə məğlubiyyətlə başa vurub.
İyulda kluba yeni baş məşqçi - Xosep Bordalas (Josep Bordalas) təyin olunub. Klub müdafiə xəttini "Herta"nın paraqvaylı futbolçusu (icarə əsasında) Omar Alderete ilə möhkəmləndirib.
"Valensiya" yay fasiləsində keçirdiyi son 7 yoldaşlıq görüşündə pis təsir bağışlamayıb - 5 qələbə və 2 məğlubiyyət.
Keçirdiyi son 5 oyun:
"Valensiya" - "Kartagena" 3:2
"Valensiya" - "Real Saraqosa" 0:2
"Valensiya" - "Levante" 1:0
"Valensiya" - "Milan" 0:0 (pen. 5:3)
"Brentford" - "Valensiya" 2:1
"Xetafe"
Ötən mövsüm "Xetafe" möcüzə nəticəsində La Liqada qala bildi. Madrid təmsilçisi 38 turda 9 qələbə, 11 heç-heçə və 18 məğlubiyyətlə yadda qalıb.
Komandanın hücum xətti olduqca bərbad vəziyyətdə idi. Mövsüm ərzində komanda cəmi 28 qolla kifayətlənmişdi.
"Xetafe" yeni mövsümdə hücum xəttini "Barselona"nın keçmiş futbolçusu Karles Alenya (Carles Alena) və "Ueska"dan icarəyə götürdüyü Sandro Ramirezlə (Sandro Ramires) gücləndirmək istəyir. Baş Məşqçi postuna isə Miçel Qonzales (Michel Gonzales) gətirilib.
Maraqlı fakt ondan ibarətdir ki, haqqında neqativ faktları vurğuladığımız komanda, yay fasiləsində keçirdiyi 7 oyunun 6-nı qələbə ilə tamamlayıb və 1 dəfə heç-heçə edib.
Keçirdiyi son 5 oyun:
"Xetafe" - "Atromitos" 3:0
"Fuenlabrada" - "Xetafe" 0:1
"Xetafe" - "Rayo Valyekano" 0:0
"Real Saraqosa" - "Xetafe" 0:0 (pen. 5-6)
"Brayton" - "Xetafe" 0:2
Proqnoz
"Valensiya" ilə "Xetafe"nin şəxsi görüşləri çox vaxt maraqlı alınır. Öz aralarında keçirdikləri son 4 qarşılaşmada komandalar ümumilikdə 16 qol vurub. Mövsümün açılış oyunu xüsusi hadisədir. Bunu hər iki komanda başa düşür və ümid edirik ki, bu dəfə də maraqlı oyun görəcəyik.
Düşünmədən hər iki klubun qol vuracağı variantını (QQ) üstün tuturuq. Xarici kontorlar bu versiyaya 2.45 əmsal verir.
7.30 əmsalla "Valensiya"nın iki top fərqi ilə qələbəsi (F2) barədə düşünməyi məsləhət görürük. Düzdür risklidir, amma əmsal bu barədə fikirləşməyə məcbur edir.
İPL-in açılış oyunu "Brentford" və "Arsenal" klubları arasında keçiriləcək.
"Brentford"
"Brentford" inamlı şəkildə Premyer Liqaya yüksəldi. Heç şübhəsiz ki, buna layiq idi. "Arılar" Çempionşipin 46 turunu 24 qələbə və 15 heç-heçə ilə tamamlayaraq turnir cədvəlində 3-cü yeri möhkəmləndirdilər. Pley-offda isə Tomas Frankın (Thomas Frank) yetirmələri "Suonsi" və "Bornmut" səddini keçərək elitaya vəsiqə qazandılar.
Klubun yeni futbolçuları Kristofer Ayer (Kristoffer Ajer) və Frank Onyekanı (Frank Onieka) qeyd etmək yerində düşərdi. Hücum xəttinə yeni nəfəs gətirəcəkləri gözlənilir.
Klub yeni mövsümə ciddi hazırlaşaraq yoxlama görüşlərində yaxşı nəticələr əldə edib.
Keçirdiyi son beş oyun:
"Uimldon"-"Brentford" 0:1
"Boreham Vud"-"Brentford" 0:2
"Mançester Yunayted"-"Brentford" 2:2
"Brentford" - "Vest Hem" 0:1
"Brentford" - "Valensiya" 2:1
"Arsenal"
Ötən mövsümün sonunda ardıcıl 5 qələbə "topçular"a "Tottenhem"i keçməyə kömək ola bilmədi. Turnir cədvəlində 8-ci yerlə kifayətlənən "Arsenal"ın işi həqiqətən pis gedir. Bəziləri bu uğursuzluğu futbolçuların, bəziləri klubun prezidentinin, bəziləri isə baş məşqçi Mikel Artetanın ayağına yazır. Klub bu mövsüm Avrokuboklarda iştrak etməyəcək və fikrini daxili çempionata rahat şəkildə yönəldəcək.
Keçirdiyi 4 yoxlama oyununun heç birində qalib gələ bilməyiblər:
"Hibernian" - "Arsenal" 2:1
"Rencers" - "Arsenal" 2:2
"Arsenal" - "Çelsi" 1:2
"Tottenhem" - "Arsenal" 1:0
Proqnoz
Tərəflər öz aralarında keçirdiyi son beş oyunun hər iki hissəsində qol vurublar.
Münəccim də bu gün keçiriləcək görüşün hər iki hissəsində qol olacağını proqnozlaşdırır. Xarici kontorlar hazırda bu varianta 1.90 əmsal təklif edir.
Təcrübə və səviyyə fərqini nəzərə alıb alternativ təklif olaraq, 1.85 əmsalla "Arsenal"ın qələbəsini proqnozlaşdırırıq.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev