16:14 13.08.2021 437

Münəccimin proqnozu: Startda kimin qələbəsinə inanaq?

Bu gün ən çox izlənən çempionatların oyunlarına start verilir.

Proqnoz vermək üçün görüşlərdən birini İspaniya La Liqasından ("Valensiya" - "Xetafe") digərini isə İngiltərə Premyer Liqasından ("Brendfort" - "Arsenal") seçmişik. 

La Liqanın açılış oyunu "Valensiya" və "Xetafe" klubları arasında olacaq.

"Valensiya"

"Valensiya" ötən mövsüm uğursuz çıxış edib. Klub rəhbərliyi bu uğursuzluğu o zaman yeni gəlmiş məşqçi Xavi Qrasiyanın (Xavi Gracia) ayağına yazdı. Nəticədə komanda turnir cədvəlində 13-cü yerlə kifayətləndi. 
Çempionat ərzində cəmi 10 dəfə qələbə qazanan komanda 13 dəfə heç-heçə edib, qalan 15 oyunu isə məğlubiyyətlə başa vurub.

İyulda kluba yeni baş məşqçi - Xosep Bordalas (Josep Bordalas) təyin olunub. Klub müdafiə xəttini "Herta"nın paraqvaylı futbolçusu (icarə əsasında) Omar Alderete ilə möhkəmləndirib.

"Valensiya" yay fasiləsində keçirdiyi son 7 yoldaşlıq görüşündə pis təsir bağışlamayıb - 5 qələbə və 2 məğlubiyyət.

Keçirdiyi son 5 oyun:

"Valensiya" - "Kartagena" 3:2
"Valensiya" - "Real Saraqosa" 0:2
"Valensiya" - "Levante"  1:0
"Valensiya" - "Milan" 0:0 (pen. 5:3)
"Brentford" - "Valensiya" 2:1

"Xetafe"

Ötən mövsüm "Xetafe" möcüzə nəticəsində La Liqada qala bildi. Madrid təmsilçisi 38 turda 9 qələbə, 11 heç-heçə və 18 məğlubiyyətlə yadda qalıb. 

Komandanın hücum xətti olduqca bərbad vəziyyətdə idi. Mövsüm ərzində komanda cəmi 28 qolla kifayətlənmişdi.

"Xetafe" yeni mövsümdə hücum xəttini "Barselona"nın keçmiş futbolçusu Karles Alenya (Carles Alena) və "Ueska"dan icarəyə götürdüyü Sandro Ramirezlə (Sandro Ramires) gücləndirmək istəyir. Baş Məşqçi postuna isə Miçel Qonzales (Michel Gonzales) gətirilib.

Maraqlı fakt ondan ibarətdir ki, haqqında neqativ faktları vurğuladığımız komanda, yay fasiləsində keçirdiyi 7 oyunun 6-nı qələbə ilə tamamlayıb və 1 dəfə heç-heçə edib.

Keçirdiyi son 5 oyun:

"Xetafe" - "Atromitos" 3:0
"Fuenlabrada" - "Xetafe" 0:1
"Xetafe" - "Rayo Valyekano" 0:0
"Real Saraqosa" - "Xetafe" 0:0 (pen. 5-6)
"Brayton" - "Xetafe" 0:2

Proqnoz

"Valensiya" ilə "Xetafe"nin şəxsi görüşləri çox vaxt maraqlı alınır. Öz aralarında keçirdikləri son 4 qarşılaşmada komandalar ümumilikdə 16 qol vurub. Mövsümün açılış oyunu xüsusi hadisədir. Bunu hər iki komanda başa düşür və ümid edirik ki, bu dəfə də maraqlı oyun görəcəyik.

Düşünmədən hər iki klubun qol vuracağı variantını (QQ) üstün tuturuq. Xarici kontorlar bu versiyaya 2.45 əmsal verir. 

7.30 əmsalla "Valensiya"nın iki top fərqi ilə qələbəsi (F2) barədə düşünməyi məsləhət görürük. Düzdür risklidir, amma əmsal bu barədə fikirləşməyə məcbur edir.

İPL-in açılış oyunu "Brentford" və "Arsenal" klubları arasında keçiriləcək.

"Brentford" 

"Brentford" inamlı şəkildə Premyer Liqaya yüksəldi. Heç şübhəsiz ki, buna layiq idi. "Arılar" Çempionşipin 46 turunu 24 qələbə və 15 heç-heçə ilə tamamlayaraq turnir cədvəlində 3-cü yeri möhkəmləndirdilər. Pley-offda isə Tomas Frankın (Thomas Frank) yetirmələri  "Suonsi" və "Bornmut" səddini keçərək elitaya vəsiqə qazandılar.

Klubun yeni futbolçuları Kristofer Ayer (Kristoffer Ajer) və Frank Onyekanı (Frank Onieka) qeyd etmək yerində düşərdi. Hücum xəttinə yeni nəfəs gətirəcəkləri gözlənilir.

Klub yeni mövsümə ciddi hazırlaşaraq yoxlama görüşlərində yaxşı nəticələr əldə edib. 

Keçirdiyi son beş oyun:

"Uimldon"-"Brentford" 0:1
"Boreham Vud"-"Brentford" 0:2
"Mançester Yunayted"-"Brentford" 2:2 
"Brentford" - "Vest Hem" 0:1
"Brentford" - "Valensiya" 2:1 

"Arsenal"

Ötən mövsümün sonunda ardıcıl 5 qələbə "topçular"a "Tottenhem"i keçməyə kömək ola bilmədi. Turnir cədvəlində 8-ci yerlə kifayətlənən "Arsenal"ın işi həqiqətən pis gedir. Bəziləri bu uğursuzluğu futbolçuların, bəziləri klubun prezidentinin, bəziləri isə baş məşqçi Mikel Artetanın ayağına yazır. Klub bu mövsüm Avrokuboklarda iştrak etməyəcək və fikrini daxili çempionata rahat şəkildə yönəldəcək.

Keçirdiyi 4 yoxlama oyununun heç birində qalib gələ bilməyiblər:

"Hibernian" - "Arsenal" 2:1 
"Rencers" - "Arsenal" 2:2 
"Arsenal" - "Çelsi" 1:2 
"Tottenhem" - "Arsenal" 1:0 

Proqnoz

Tərəflər öz aralarında keçirdiyi son beş oyunun hər iki hissəsində qol vurublar. 

Münəccim də bu gün keçiriləcək görüşün hər iki hissəsində qol olacağını proqnozlaşdırır. Xarici kontorlar hazırda bu varianta 1.90 əmsal təklif edir.

Təcrübə və səviyyə fərqini nəzərə alıb alternativ təklif olaraq, 1.85 əmsalla "Arsenal"ın qələbəsini proqnozlaşdırırıq.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X