"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti argentinalı superulduz Lionel Messinin "Barselona"dan getməsini necə qarşıladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" italiyalı çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Messinin gedişi məni təəccübləndirdi. Axı o, uşaqlıqdan "Barselona"nın əsas siması idi... Amma 42 ildir ki, futboldayam. Ulduz futbolçuların necə komanda dəyişdiyini çox görmüşəm. Messi "Barselonadadır, ya yox, fərq etmir. Biz onsuz da onlarla mübarizə aparmalıyıq".
Xatırladaq ki, Messi avqustun 10-da PSJ ilə 2+1 illik müqavilə bağlayıb.
Nihat