Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 18 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Esteban Kambyasso (Esteban Cambiasso)
18 avqust 1980-ci ildə 2 qat Cənubi Amerika çempionu (1997, 1999), Konfederasiyalar Kubokunun gümüş mükafatçısı (2005), Amerika Kubokunun gümüş mükafatçısı (2007), Gənclər üzrə dünya çempionatının qalibi (1997), UEFA Çempionlar Liqasının qalibi (2010), UEFA Super Kubokunun qalibi (2003), qitələrarası kubokun qalibi (2003), Klublararası Dünya Çempionatının qalibi (2010), Argentina çempionu (2002), İspaniya çempionu (2003), İspaniya Super Kubokunun qalibi (2003), 5 qat İtaliya çempionu (2006-2010), 4 dəfə İtaliya Kubokunun qalibi (2005, 2006, 2010, 2011), 3 dəfə İtaliya Super Kubokunun qalibi (2005, 2006, 2010), Yunanıstan çempionu (2016), argentinalı ulduz futbolçu Esteban Kambiasso dünyaya gəlib.
Kambiasso "Argentinos Xuniors" klubunun yetirməsidir və dayaq yarımmüdafiəçisidir. 16 yaşında İspaniyaya köçüb "Real Madridin" gənclər heyətində qoşulur və peşəkar karyerasına da elə Kral Klubunda başlayır.
"İnter" klubunun əfsanəsinə çevrilən futbolçu karyerası ərzində 592 oyuna 78 qol vurub.
Canni Rivera (Gianni Rivera)
1943-cü ilin bu günü daha bir futbolçu, Dünya Çempionatının gümüş mükafatçısı (1970), Avropa çempionu (1968), 2 dəfə Avropa Çempionlar Kubokunun qalibi (1963, 1969), 2 dəfə UEFA Kuboklar Kubokunun qalibi (1968, 1973), qitələrarası kubokun qalibi (1969), 3 qat İtaliya çempionu (1962, 1968, 1979), 4 dəfə İtaliya Kubokunun qalibi (1967, 1972, 1973, 1977), Qızıl Top mükafatının sahibi (1969), İtaliya çempionatının bombardiri (1973) Canni Rivera dünyaya gəlib.
19 il "Milan" klubunda forma geyən yarımmüdafiəçi 501 oyuna 122 qolla yadda qalıb.
Emin Şəmsiyev