Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin şərəfini qoruduğu “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Aleksandriya”ya 0:1 hesabıyla yenilib.
Nuriyev sonadək ehtiyatda qalıb.
5 tura 5 xal yığa bilən Kovalyovka kəndinin təmsilçisi çempionatın turnir cədvəlində 9-cu yerdədir. "Kolos"un ehtiyatda bir oyunu da var.
Nihat