Millimizin sabiq yarımmüdafiəçisi Anatoli Ponomaryov İsveçin 3-cü liqasında çıxış edən "Nevroz"un baş məşqçisi kimi növbəti oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, kürd əsilli iş adamlarının rəhbərlik etdiyi klub 9-cu tur çərçivəsində "Nortölje" ilə qarşılaşıb. Meydan sahibi statusunda çıxış edən "Nevruz" 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Ponomoryovun komandası məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. "Nevruz" keçirdiyi 9 oyundan 7-də qələbə qazanıb, 2 görüşdə heç-heçə ilə kifayətlənib. Komanda hazırda 23 xalla 2-cı sırada qərarlaşıb və liderdən cəmi 1 xal geri qalır.
"Nortölje" ilə oyundan sonra "Nevruz"un paltardəyişmə otağındakı qələbə sevincini təqdim edirik: