Millimizin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi Ukrayna “Kolos”unun baş məşqçisi Ruslan Kostışin postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Kovalyovka kəndini təmsil edən klubun mətbuat xidməti yayıb.
İstefaya səbəb komandanın Kiyev “Dinamo”suna 0:7 hesabı ilə uduzması olub. Kostışin rüsvayçı məğlubiyyətin ardından istefa ərizəsini rəhbərliyə təqdim edib. Klub rəhbərliyi onun istefasını qəbul edib və yeni baş məşqçi axtarışına başlayıb.
Kostışin Kovalyovka klubunu 2014-cü ildən etibarən çalışdırırdı. Onun çalışdırdığı komanda bu yay avrokuboklarda da mübarizəni dayandırıb. “Kolos” hazırda Ukrayna Premyer Liqasında 5 xalla 16 kollektiv arasında 13-cü pillədə mövqe tutub.
Xatırladaq ki, Nuriyev “Kolos”a bu yay “Minay”dan keçib.
Nihat