Polşa Ekstraklassasının son turunda "Rakov"la qarşılaşan "Visla Plotsk"un futbolçularının göstəriciləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyuk komandasının ən sürətli futbolçusu olub. Cinah müdafiəçisinin bu oyundakı sürəti 32,59 km/saat olub. "İnStat" bütün göstəricilər nəzərə alınmaqla, onu "Visla"nın ən yaxşı 3 oyunçusundan biri kimi fərqləndirib.
Qeyd edək ki, "Visla" - "Rakov" görüşü 1:1 başa çatıb. 6 turdan sonra aktivində 7 xal olan Antonun komandası hazırda 9-cu yerdə qərarlaşıb.
Mirağa