Ötən gün "Atletiko Madrid"lə anlaşan fransız hücumçu Antuan Qrizmann (Antonie Griezmann) "Barselona" azarkeşləri ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi "Twitter" səhifəsində paylaşım edib:
"Əziz azarkeşlər! Sizinlə vidalaşıram və bəslədiyiniz sevgiyə görə təşəkkür edirəm. "Barselona" forması üçün hər şeyi etdim və böyük bir klubun tarixinə düşdüm. Artıq tribunalarda olmağınızdan zövq ala bilmədiyim üçün ürəyimdə kədər hissi ilə ayrılıram, amma sizin fanatlarınızdan biri olduğum üçün qürur duyuram."
Xatırladaq ki, Qrizmann 2019-cu ildən "Barselona"nın şərəfini qoruyurdu. O, Kataloniya klubuna məhz "Atletiko"dan transfer olunmuşdu.
Emin Şəmsiyev