Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların "qış" planları ilə bağlı məlumatlar yayımlamaqdadır.
Fanat.Az günün transfer şayələrini təqdim edir:
"talkSport" nəşri: Pol Poqba Kriştianu Ronaldunun transferinə görə "Mançester Yunayted"lə müqaviləsini yeniləməyə hazırdır.
"Marca" nəşri: "Mançester Yunayted", "Bayern Münhen", "Yuventus" Dani Olmonun transfer etmək istəyir.
"Fichajes" nəşri: İngiltərə klubları "Real Sosyedad"ın isveçli futbolçusu Aleksandr İsakı hədəfə alıb.
"Daily Star" xəbər saytı: "Mançester Siti" Cud Bellinqemi (Jud Bellingham) gələn yay almaq istədiyi oyunçular siyahısına əlavə edib.
"The Sun" nəşri: Con Terri (John Terry) "Notinqem Forest"ə rəhbərlik etmək təklifi əldə edib.
Emin Şəmsiyev