Ekvador Futbol Federasiyası CONMEBOL-a hakimlərlə bağlı məktub göndərib.
Fanat.Az xəbər verir ki, federasiya Cənubi Amerikanın futbol təşkilatından 2022-ci ildəki beynəlxalq oyunlar üçün siyahıya onların hakimlərinin adını daxil etməməyi istəyib.
Məsələ burasındadır ki, ekvadorlu hakimlər maaşların verilməməsinə etiraz olaraq, ölkə çempionatının oyunlarını idarə etmək istəmir. Federasiya isə göründüyü kimi onlara, beynəlxalq arenaya çıxmağa əngəl törətməklə təzyiq edir.
CONMEBOL-a göndərilən, FEF prezidenti Fransisko Eqas tərəfindən imzalanan sənəddə "Bu tədbir davam edərkən, 2022 -ci il üçün FİFA referilərinin siyahılarına namizədlikləri də daxil olmaqla, beynəlxalq tədbirlərdə iştiraklarını nəzərə almamağınızı xahiş edirik" istəyi əksini tapıb.
Mirağa