"Aston Villa"nın sağ cinah müdafiəçisi Matty Kaş Polşa millisində forma geyə bilər.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, anası polşalı olan arxa xətt müdafiəçisi çoxdan qarşı tərəfin "radar"ındadı, lakin İngiltərə millisinə dəvət almaq ümidində olduğu üçün seçim etməkdən çəkinirdi.
Kaşın atası Stüart "Sportowe Fakty"yə açıqlamasında suallara aydınlıq gətirib:
“Polşa pasportunu almaq prosesinə aylar əvvəl başlamışıq və tezliklə tamamlanmalıdır. İstəsələr, Matty Polşa millisində oynayacaq".
Qeyd edək ki, Kaş 2020-ci ilin yazında "Nottingham Forest"dən "Aston Villa"ya transfer olunub. Bu mövsüm o, komandasında müntəzəm çıxış edib. Sağ cinah müdafiəçisi Premyer Liqada ilk qolunu şənbə günü axşam "Everton" üzərində 3:0 qələbə qazandıqları görüşdə vurub.
Mirağa