"Beşiktaş" Türkiyə Superliqasının VII turunda "Altay" ilə oyuna itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, komandanın 22 yaşlı müdafiəçisi Fransisko Montero (Francisco Montero) səfər oyununda iştirak etməyəcək.
Klubun rəsmi saytının yaydığı məlumata görə, ispan futbolçunun səhhətində problem var:
"Fransisko Monteroda yuxarı tənəffüs yolu infeksiyası əlamətləri aşkarlandığı üçün "Altay"la oyunda yer almayacaq".
Qeyd edək ki, "Altay" - "Beşiktaş" oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Emin Şəmsiyev