İtaliya A Seriyasının VI turu çərçivəsində keçirilən "Yuventus" - "Sampdoriya" oyununun 22-ci dəqiqəsində zədələnərək meydanı tərk edən "Qoca sinyora"nın futbolçusu Paolo Dibala göz yaşlarını saxlaya bilməyib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, ÇL-də "Çelsi" ilə vacib oyun öncəsi zədələnən oyunçu azı bir ay komandasına kömək edə bilməyəcək.
Həmin epizodun videogörüntüsünü təqdim edirik:
A sad sight to see as goalscorer Paulo Dybala is forced off through injury... 😔 pic.twitter.com/ldsl7dr2FK
— Football on BT Sport (@btsportfootball) September 26, 2021
Xatırladaq ki, Dibala oyunun 10-cu dəqiqəsində uzaqdan vurulan möhtəşəm qola imza atıb.
Emin Şəmsiyev