Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Lvov”a 1:2 hesabıyla yenilib.
Zədədən əziyyət çəkən Rüstəmin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Eldar isə 90 dəqiqə meydanda olub. O, 72-ci dəqiqədə sarı vərəqə alıb.
9 tura 6 xal toplayan “Minay” turnir cədvəlində 16 kollektiv arasında 14-cü pillədə mövqe tutub. Komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.