Niderland millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Yap Stam (Jaap Stam) baş məşqçisi olduğu ABŞ təmsilçisi "Sinsinnati" ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
2020-ci ildən "Sinsinnati"də çalışan 49 yaşlı mütəxxəsis istefaya göndərilib. Buna səbəb klubun nəticələrinin rəhbərliyi qane etməməsi olub.
Xatırladaq ki, MLS-in şərq konfransında çıxış edən komanda 25 tura 20 xal toplayaraq turnir cədvəlinin 13-cü yerində qərarlaşıb.
Emin Şəmsiyev