Bu qış "Real Madrid"in iki futbolçusu klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Xəbərə görə, bunlar ispan yarımmüdafiəçi İsko (İsco) və serbiyalı hücumçu Luka Yoviçdir (Luka Jović).
Onların xidmətində "Everton" maraqlıdır. Klubun baş məşqçisi Rafael Benites gələn ilin yanvarında futbolçuları icarə götürmək fikrindədir.
Qeyd edək ki, İsko 2013-cü ildən, Yoviç isə 2019-cu ildən "Real Madrid"in üzvüdür. Yoviç hazırda icarə əsasında Almaniya "Ayntraxt"ında çıxış edir.
Röya