"Real Madrid"in baş məşqçisi karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moldova "Şerif"indən aldıqları 1:2 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Movistar" italiyalı çalışdırıcının Madriddəki yenilgidən sonra söylədiklərini belə çatdırıb:
"Oyun bizim üçün acı sonluqla yekunlaşdı. Fikrimcə, buna layiq deyildik. Xırda detallar üzündən yenildik. Rəqib qapısına doğru çox zərbə vursaq da, bəxt üzümüzə gülmədi. Onlar üçü isə əksinə, hər şey ideal alındı. Fantastik başlamasaq da, oyuna nəzarət bizdə idi. 3 xal itirmək təbii ki, bizim üçün həyəcan təbilidir. Ancaq bu gün yer aldığımız qrupda heç nə bəlli deyil. Növbəti matçda qələbə qazanmalıyıq".
Nihat