"Mançester Yunayted"i "Liverpul" və "Mançester Siti" daxil olmaqla, 8 oyunluq olduqca çətin qrafik gözləyir.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, komanda rəhbərliyi transferlərə xərclədiyi pulların əvəzi olaraq, baş məşqçi Sulşerdən (Ole Gunnar Solskjaer) ən azı iki kubok tələb edir.
Qarşıda "Mançester Yunaydet"i ağır qrafik gözləyir. Bu gün ÇL-də "Vilyarreal"ı qəbul edən "qırmızı şeytanlar" ardınca İPL-də yaxşı təsir bağışlayan "Everton"la üzləşəcək.
Mankunyanların çətin oyun qrafikinin cədvəlini təqdim edirik:
29 sentyabr. MY - Vilyarreal (ÇL)
2 oktyabr. MY - Everton (İPL)
16 oktyabr. Lester - MY (İPL)
20 oktyabr. MY - Atalanta (ÇL)
24 oktyabr. MY - Liverpul (İPL)
30 oktyabr. Tottenhem - MY (İPL)
3 noyabr. Atalanta - MY (ÇL)
20 noyabr. Mançester Siti - MY (İPL)
Mənbənin verdiyi məlumata görə, istər ÇL-də, istərsə də İPL-də uğursuz çıxış edəcəyi halda Sulşer məşqçi postundan qovula bilər.
Emin Şəmsiyev