"Borussiya Dortmund" klubunun fanatları tribunada Çempionlar Liqasının islahatlarına qarşı pankartla diqqət çəkiblər.
Fanat.Az xəbər verir ki, ötən gün ÇL-in C qrupunda keçirilən "Borussiya Dortmund" - "Sportinq" matçı zamanı alman azarkeşlər tribunalardan UEFA-ya ismarıc xarakterli pankart asıblar.
Fanatlar pankartda Çempionlar Liqasının əsas turunda iştirakçı sayının 32-dən 36-ya yüksəlməsindən narazı olduqlarını yazıblar: “İslahatları dayandırın! Futbol milyardlarla azarkeş üçündür, milyardlarla avro üçün deyil!".
Xatırladaq ki görüş Dortmund "Borussiya"sının minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu oyunun 37-ci dəqiqəsində Donyel Malen (Donyell Malen) vurub.
Emin Şəmsiyev