Türkiyə Super Liqasının VIII turunda "Qalatasaray" "Rizəspor"un qonağı olub.
Fanat.Az xəbər verir ki, oyun qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə "Qalatasaray"dan Məhəmməd Mustafa açıb. 17-25-ci dəqiqələrdə dubl edən Co Poyanpalo "Rizəspor"u hesabda önə keçirib. 75-ci dəqiqədə Məhəmməd Mustafa özünün və komandasının ikinci qoluna imza atıb.
86-cı dəqiqədə "Qalatasaray"dan Berkan Kutlu qırmızı vərəqə alıb və penalti təyin edilib. Amma Rik Boldrin qapını dəqiq nişan ala bilməyib. Əvəzində "Qalatasaray" 90+11-ci dəqiqədə Olimpiu Morutanın qolu ilə qələbəni bayram edib.