"Arsenal"ın sabiq hücumçusu Tyeri Anri (Thierry Henry) hazırki baş məşqçi Mikel Artetanın rəhbərliyi altında komandanın çıxışını dəyərləndirib.
Fanat.Az "The Mirror" nəşrinə xəbər verir ki, keçmiş "topçu" klubda irəliləyiş olduğunu vurğulayıb:
"Komandanın hansı istiqamətdə irəlilədiyini deyə bilmərəm. Amma müəyyən irəliləyiş var. "Tottenhem"i məğlub edəndə çox sevindim, amma yenə də ötürmələrdə zəiflik var idi. Buna baxmayaraq komandanın necə əziyyət çəkdiyini gördüm.
Mənim vaxtımda "Arsenal" məğlub olanda hamı komandanın "B" planının olmadığını, oyunçuların çarəsizlikdən bir-birlərinə ötürmə etdiklərini söyləyirdi. Amma indiki "Arsenal"da bunu görmürəm."
Xatırladaq ki, İngiltərə Premyer Liqasında 10 xalı olan "Arsenal" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Emin Şəmsiyev