“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.
Fanat.Az xəbər verir ki, veteran ulduz bu haqda “Guardian” nəşrinə iki cümlə deyib:
“İnsanların məni insan kimi başa düşmələrini çox istəyirəm. Həyatımda çətin anlar çox olub”.
Runi haqda sənədli film 2022-ci ilin əvvəlində nümayiş olunacaq.
Runi hazırda İngiltərənin “Derbi Kaunti” klubunda baş məşqçilik edir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Sabiq hücumçu İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.
Nihat