"Lester Siti"nin baş məşqçisi Brendan Rocers "Nyukasl Yunayted"in "sükanı arxası"na keçə bilər.
Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında tanınmış insayder Nikolo Skira yazıb.
İtaliyalı jurnalist "Nyukasl"ın idarəçilərinin "Lester" rəhbərliyi ilə danışıqlara start verdiyini vurğulayıb. Rocersə 5 illik anlaşma təklif edən "sağsağanlar" qarşı tərəfə 16 milyon avro təzminat ödəməyə də hazırdır.
Daha öncə Premyer Liqanın turnir cədvəlində 3 xalla 19-cu yerdə "Nyukasl"ın rəhbərliyinin baş məşqçi Stiv Brüslə bu həftənin sonunadək vidalaşacağı barədə informasiyalar yayılmışdı.
Xatırladaq ki, oktyabrın 7-də "ağ-qaralar"ın səhmlərinin böyük hissəsi Səudiyyə Ərəbistanının PIF fonduna satılıb.
Nihat