Dünən İPL-in 8-ci turu cərçivəsində "Mançester Siti" "Börnli" klubunu qəbul edib.
Fanat.Az xəbər verir ki,oyun meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0 . "Şəhərlilərin" 19 yaşlı yarımmüdafiəçisi Kol Palmer (Cole Palmer) maraqlı faktla yadda qalıb. Belə ki, Palmer dünən əsas komandanın heyətində "Börnli"yə qarşı oyunun 90-cı dəqiqəsində meydana daxil olub. Bundan bir neçə saat sonra isə "Mançester Siti U23"-nin heyətində 90 dəqiqə keçirib və het-trik edib.
Xatırladaq ki, Qvardiolanın yetirmələri 8 turdan sonra 17 xalla İPL-in turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.