"Nyukasl"ın baş məşqçi vəzifəsinə namizəd Paulu Fonseka (Paulo Fonseca) ilə danışıqlar son mərhələdədir və tərəflər gələn həftənin əvvəlində razılığa gələcək.
Fanat.Az xəbər verir ki, bu məlumatı "The Telegraph" nəşri yayıb.
Mənbə 48 yaşlı mütəxəssisin kluba hansı futbolçuları gətirəcəyini də açıqlayıb.
Fonseka "Nyukasl"a "Roma"nın üç futbolçusu - Henrix Mxitaryan, Kris Smolinq və Amadu Diavaranı cəlb etmək niyyətindədir.
Xatırladaq ki, Paulu Fonseka 2019-2021-ci illərdə "Roma"nı çalışdırıb.
Emin Şəmsiyev