"Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager "Mançester Yunayted"in ulduz hücumçusu Kriştianu Ronaldudan danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" Karragerin söylədiklərini belə çatdırıb:
"Hardasa 2008-2009-cu illərdə Ronaldu "Mançester Yunayted"in hücum xəttində yer alır, oyunlar zamanı pressinq etmirdi. Joze Mourinyu dönəmində "Real"da da belə idi. Rəqib futbolçulardan top almağa çalışmırdı. "Barselona" ilə üz-üzə gəldikləri zaman Mourinyu onun çatışmazlıqlarını gozləmək üçün xüsusi plan hazırlamaq məcburiyyətində qalırdı.
Hə, tənqidlər Kriştianunu pərişan edir. Ancaq o, oynadığı bütün klublarda uğur qazanmağı bacarıb. Məncə, MY-də mövsümə 25-30 qol vuracaq. Bununla belə, komandasının Çempionlar Liqasında və İngiltərə çempionatında qələbəyə yaxınlaşdırmayacaq. Hamının Ronaldunun pressinq etməməsini qabartmasının səbəbini başa düşə bilmirəm. Axı Kriştianu həmişə belə oynayıb".
Nihat