Şotlandiya millisinin (2004-2007), “Reyncers”in (1991-1998 və 2007-2011) İngiltərənin “Everton” klubunun (1998-2002) sabiq baş məşqçisi Uolter Smit dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, mütəxəssis 73 yaşında vəfat edib.
Qlazqo təmsilçisi sözügedən çalışdırıcının rəhbərliyi altında 10 dəfə Şotlandiya çempionluğu yaşayıb. O, 2007/2008 mövsümündə komandasını UEFA Kubokunun finalına çıxarıb. “Reyncers” final görüşündə Rusiya “Zenit”inə 0:2 hesabı ilə yenilib.