"Xavinin "Barselona"da çalışmağa tam hazır olduğunu görürəm".
Fanat.Az xəbər verir ki, bu sözlər Qətərin "Əl-Sadd" klubunun yarımmüdafiəçisi Santi Kazorlaya (Santi Cazorla) məxsusdur.
"Bein Sport" telekanalına danışan futbolçu komandasının baş məşqçisi Xavinin "Barselona"a mümkün keçidini dəyərləndirib:
"Bu, onun arzusudur. Həmişə bu haqda düşünür. "Barselona"nı Xavi kimi tanıyanlar azdır. Onun bu işə hazır olduğunu düşünürəm".
Xatırladaq ki, "Əl-Sədd" Qətər çempionatında 7 turda 7 qələbə ilə 21 xalla liderdir.
Emin Şəmsiyev