Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salahın (Mohamed Salah) tərcümeyi-halı ölkəsində məktəb dərsliklərinə əlavə edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Salah Misirin Qarbiya vilayətinin Naqriq kəndində anadan olub. Bu gün həmin kəndə Misir hökumətindən çox Salah kömək edir.
"Liverpul"un ulduzu uşaqlıqdan futbolçu olmaq arzusunda olub. Salah və onun dostları top əvəzinə corab bağlaması ilə futbol oynayırdılar və corab topasını torsuz qapıdan keçirməli idilər. O günlərdən keçən Salah arzusunu reallaşdırdı və bu gün dünyanın ən yaxşı futbolçularından biridir.
İngiltərə Premyer Liqasının ulduzu hazırda həftəsinə 200 min funt sterlinq pul qazanır (bir ilə 9 600 000). Lakin o, doğma kəndini unutmayıb, daim köməklik göstərir.
Salah yerli əhali ilə görüşərkən
Salah yerli xəstəxana üçün avadanlıqlar, bir neçə təcili yardım maşını alıb. Kənddə 3 yeni məktəb binası inşa etdirib və ora Böyük Britaniyadan müqavilə ilə müəllimlər cəlb edib. Uşaqlar üçün bir neçə süni ot örtüklu futbol meydançası da tikdirib. Yüzlərlə kasıb ailəni illik ərzaqla təmin edir. Ağır xəstəlikdən əziyyət çəkən bir neçə körpənin həyatını xilas edib. Ən əsası futbolçu bunbların tam olaraq gizli qalmasını istəyir. Amma yerli əhali bunu fəxrlə mətbuata danışır. Salah tez-tez yoldaşı ilə Nəqriqə gedib kasıblara yemək paylayır.
Məhəmməd Salahın yeni inşa etdirdiyi məktəb binasının bünövrəsi.
Mohamed Salahın tikdirdiyi orta məktəb və həyətindəki futbol meydanı
Onun idman uğurları və əhaliyə göstərdiyi yardımlar diqqətdən yayınmır.
Misir hökuməti futbolçunun tərcümeyi-halını orta və ibtidai sinif uşaqları üçün dərsliklərə daxil edib. Salahın həmyerliləri ona “xoşbəxtliyin yaradıcısı” ləqəbini veriblər. Salah isə gülümsəyərək insanlara kömək etməkdə davam edir.
Emin Şəmsiyev