Ötən gün Çempionlar Liqasının V turunda "Mançester Yunayted" "Villarreal"a 2:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşma Kriştianu Ronaldu komandasının ilk qolunu vurub.
Bununla da portuqaliyalı ulduz karyerasında 799-cu qolunu vurub. Onu 800-cü qoldan cəmi 1 top ayırır.
Xatırladaq ki, "Mançester Yunayted" növbəti oyununu noyabrın 28-i İPL çərçivəsində səfərdə "Çelsi"yə qarşı keçirəcək.
Emin