Ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" səfərdə "Şerif"ə 3:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, oyunda hesabı açan David Alaba "Kral klubu"nun tarixinə düşüb.
Belə ki, "Real Madrid"in heyətində 2004-cü ildən bəri ÇL-də cərimə zərbəsindən qol vuran ilk müdafiəçisi olub.
Sonuncu dəfə 16 il əvvəl klubun braziliyalı əfsanəsi, сinah müdafiəçisi Roberto Karlos fərqlənmişdi. .
Alabanın qolunun videosunu təqdim edirik:
Qeyd edək ki, Çempionlar Liqasının D qrupunda mübarizə aparan "Real Madrid" 5 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.
Emin