PSJ-nin hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara Argentinanın "Telefe" telekanalının qonağı olub.
Fanat.Az xəbər verir ki, Nara söhbət zamanı ərinin xəyanətindən də bəhs edib:
“Mauro mənə dedi ki, ayrılsaq, futbolu tərk edəcək. Münasibətdə olduğu Çina Suarez onun həyatının ən böyük səhvidir. Mən onun peşman olduğuna inanıram və güvənirəm. Mən heç vaxt pula görə kişi ilə münasibət qurmaram”.
Xatırladaq ki, cari mövsüm İkardi PSJ-nin heyətində cəmi iki oyunda iştirak edib.