“Yuventus”un baş direktoru Mauritsio Arrivabene klubun son zamanlar yaşadığı uğursuzluqların səbəbini açıqlayıb.
Fanat.Az "userwalls" saytına istinadən xəbər verir ki, klub rəsmisi ən başlıca səbəb olaraq ulduz futbolçu Kriştianu Ronaldunun gedişini qeyd edib:
“Mövsüm bizim üçün aparıcı oyunçumuzun gedişi ilə başladı. Ona görə də “Yuventus” bir qədər sarsıldı. Kriştianu Ronaldu kimi futbolçu gedirsə, bu vəziyyət qaçılmazdır. Onun komandada böyük məsuliyyəti var idi. Bu sarsıntı təbii idi. Amma indi oyunçular özlərinə daha çox inanır, daha çox məsuliyyət hiss edir və düzgün istiqamətdə irəliləyirlər."
Xatırladaq ki, İtaliya A Seriyasında 21 xalı olan "Yuventus" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Emin