Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində "Qalatasaray" "Türk Telekom Arena"da Fransa "Marsel"ini 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçinin baş məşqçisi Fatih Terim matçsonrası keçirilən mətbuat konfransında iştirak edib.
68 yaşlı mütəxəssis çıxışı zamanı fanatların əməyini xüsusi qeyd edib: "Azarkeşlərimizlə baş-başa verdiyimiz zaman "Əli Sami Yen"də yenə bilməyəcəyimiz kimsə yoxdur" demişdim. Bu gün bunun şahidi olduq".
Fatih Terim: "Taraftarımızla birlik olduğumuzda Ali Sami Yen'de yenemeyeceğimiz takım yok" pic.twitter.com/YW0BiCViKx
— Sporx (@sporx) November 26, 2021
Emin