Məşhur amerikalı müğənni Pink xeyriyyə tədbiri üçün “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronalduya müraciət edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı müğənni "Twitter" səhifəsi üzərindən portuqaliyalı hücumçudan kömək istəyib:
“Salam, Kriştianu! Bu il Milad bayramında bir neçə uşağa hədiyyə aparacağam. Onlar isə sizin formalarınızdan başqa heç nə istəmirlər. Uşaqların arzusunu həyata keçirmək əzmindəyəm. Mənə bir neçə forma göndərib onların həyatını dəyişmək istərdinizmi? Bilirəm ki, siz hər zaman böyük işlər görürsünüz".
Ronaldu isə cavabında “Salam Pink. Köməklik göstərməkdən məmnun olaram. Mən uşaqlar üçün bir neçə imzalı köynək göndərəcəyəm", - deyə yazıb.
Hey @Cristiano I’m sponsoring a couple kids this year for xmas that want nothing else besides one of your jerseys. They don’t have much- but I’m determined to make this happen. Fancy sending me a couple and changing their lives? I know you do wonderful things all the time, but…
— P!nk (@Pink) November 25, 2021
Emin