"France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu nominasiyası üzrə qalibin kimliyi bəlli olub.
Fanat.Az-ın məlumatına görə, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Pedri layiq görülüb.
2-ci yeri Dortmund "Borussiya"sının ingilis yarımmüdafiəçisi Cud Bellingem, 3-cü yeri isə "Bayern Münhen"in vingeri Camal Musiala tutub.
Nihat