"Bayern Münhen"in və Polşa millisinin hücumçusu Robert Levandovski "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı hücumçusu adını qazanmasından danışıb.
Fanat.Az xəbər verir ki, o, Parisdə keçirilən tədbirdə Fransa nəşri tərəfindən ilk dəfə təqdim edilən, il ərzində klub və yığma formasıyla vurulan qolların sayına görə verilən mükafata qovuşandan sonra fikirlərini bölüşüb:
"Həmişə qol vurmaq istəyirəm. Çünki futbolda rəqib qapısına yol tapmaq qazanılan uğurlu nəticələrin açarıdır. Komanda yoldaşlarıma təşəkkür etməyə borcluyam. Onlar olmasaydı, bu mükafatı ala bilməzdim. Komandada ümumi harmoniya qaydasındadırsa, hücumçunun qol vurması da asanlaşır. Dəstəyə görə öz ailəmə də minnətdaram".
Qeyd edək ki, ötən mövsüm Budesliqada 29 oyuna 41 qol vuraraq "Qızıl buts" mükafatını qazanan Levandovski bu il "Bayern Münhen" və Polşa millisində ümumilikdə 64 dəfə rəqiblərini cəzalandırmağı bacarıb.
Nihat