A Seriyasının rəhbərliyi "Napoli"nin baş məşqçisi Luçano Spallettini iki oyunluq diskvalifikasiya edib.
Fanat.Az xəbər verir ki, Spaletti 15-ci turun “Sassuolo” ilə oyununda (2:2) hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, 62 yaşlı italyan mütəxəssis "Atalanta" (4 dekabr) və "Empoli" (12 dekabr) ilə matçları tribunadan izləməli olacaq.
Emin