"Lill"in yarımmüdafiəçisi Jonatan İkone yaxın günlərdə "Fiorentina" ilə rəsmi müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən insayder Fabritsio Romano yayıb.
Mənbə İtaliya təmsilçisinin 23 yaşlı futbolçuya görə qarşı tərəfə 15 milyon avro ödəyəcəyini və onu başqa kluba satacağı halda, Fransa təmsilçisinə müəyyən faiz verəcəyini açıqlayıb.
Qeyd edək ki, İkone bu mövsüm Fransa çempionatında çıxdığı 16 oyunda 1 qolla yadda qalıb.
Nihat