"Real Madrid"in ulduz futbolçusu Toni Kross gələn yaydan etibarən "Liverpul"da çıxış edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniyanın "El Nacional" nəşri yayıb.
Xəbərə görə, "mersisaydlılar"ın baş məşqçisi Yürqen Klopp yarımmüdafiə xəttini gücləndirmək istəyir və 31 yaşlı futbolçunun komandaya faydalı olacağına inanır.
Məlumatda həmçinin qeyd edilir ki, Klopp həmyerlisinə gələn yay onu transfer edəcəyini söz verib. Çünki alman oyunçunun "Kral klubu" ilə müqaviləsi 2023-cü ildə başa çatır.
Xatırladaq ki, Toni Kross 2014-cü ildən "Real Madrid" klubunun şərəfini qoruyur.
Emin