Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta ölkənin yüksək liqasında çıxış edən "ən yaxşı"lar sırasına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "B/R Football" rəsmi "Twitter" səhifəsində məlumat yayıb.
37 yaşlı ispan yarımmüdafiəçi 2021-ci ildə Yaponiya Liqasında klubunun heyətində 6 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.
"Vissel Kobe" 38 oyunda 73 xalla mövsümü üçüncü pillədə başa vurub. Yaponiya çempionatının qalibi "Kawasaki Frontale" komandası olub.
Xatırladaq ki, İnyesta 2018-ci ildən “Vissel Kobe”də oynayır. O, komandaya azad agent qismində qoşulub. Yaponiya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.
"Visse Kobe"yə gələnə kimi Andres 16 il “Barselona”nın şərəfini qoruyub və 32 kubok qazanıb. İspaniya millisinin heyətində isə İnyesta Avropa və dünya çempionu olub.
Emin