Futbol üzrə Almaniya ikinci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” də növbəti matçına çıxıb.
Rüfətin komandası öz meydanında “Nürnberq”i darmadağın edib - 4:1.
Millimizin forvardı 89-cu dəqiqədə meydana buraxılıb.
17 oyuna 29 xal toplayan “Şalke” 2-ci Bundesliqanın turnir cədvəlində 18 kollektiv arasında 3-cü pillədədir.
Nihat