Azərbaycan millisinin üzvü Namik Ələskərov baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Türkiyə 1-ci liqa klubu "Bursaspor" dünən "Manisa" ilə 1:1 bərabərə qalan "Bursaspor" Özcan Bizati ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Klub qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv etdiyi Bizatiyə xidmətinə görə minnətdarlıq edərək karyerasında uğur arzulayıb.
Qeyd edək ki, bu, "Bursaspor"un cari mövsümdə 3-cü baş məşqçi dəyişikliyidir. Mövsümə Mustafa Erlə başlayıb ilk turdakı heç-heçəyə görə onu istefaya göndərən rəhbərlik Fatih Tekke ilə 6-cı turdan sonra yollarını ayırmışdı. Özcan Bizati "Bursaspor"u 9 oyunda meydana çıxarıb ki, komanda onun rəhbərliyi altında 4 qələbə qazanıb, 4 görüşdə məğlub olub və 1 heç-heçə ilə kifayətlənib.
Mirağa