Polşa Ekstraklassasının son turunda “Visla Plotsk”a məğlubiyyətdən sonra postundan ayrıldığını bildirən "Legiya"nın baş məşqçisi Marek Qolebievskinin istefası rəhbərlik tərəfindən qəbul olunub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Varşava klubu artıq yeni məşqçinin adını da açıqlayıb.
"Legiya"nın idman direktoru Radoslav Kuçarski bu barədə açıqlama verib: "Qərara gəldik ki, indiki çətin vəziyyətdə hamımız üçün ən yaxşı variant komandanı, futbolçuları tanıyan və klubun işini yaxşı bilən Aleksandr Vukoviçə həvalə etmək olardı. Sabah (bu gün) ictimaiyyətə mövsümün sonuna kimi məşq heyətində baş verəcək növbəti dəyişikliklər barədə məlumat verəcəyik".
Bu gün saat 13:00-da "Legiya Varşava"nın stadionunda baş məşqçi Vukoviçlə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Aleksandr Vukoviç 2019-cu ilin aprelindən 2020-ci ilin sentyabrına qədər “Legiya”nın məşqçisi olub və Polşa çempionu titulunu qazanıb. O, futbolçu kimi ümumilikdə səkkiz mövsüm Varşava klubunun şərəfini qoruyub.
Mirağa