"Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.
Fanat.Az "French Football News"a istinadən xəbər verir ki, buna fasilədə azarkeşlər arasında baş vermiş kütləvi dava səbəb olub. Nəticədə azarkeşlərin əksəriyyəti tribunadan futbol meydançasına daxil olub.
Həmin anın videosunu təqdim edirik:
This weekend’s Coupe de France action has begun with Lyon fans attacking Paris FC fans. French football & violence are unfortunately the best of bedfellows this season. pic.twitter.com/lme5o0pINB
— Get French Football News (@GFFN) December 17, 2021
Hadisə haqda danışan "Paris" klubunun azarkeşlərindən biri “Mənim sözüm yoxdur... Fasilədə “Lion” azarkeşlərinin bizə hücum etdiyini gördüm. Bu, mənə 1990-cı illərdə İngiltərədə futbol xuliqanları ilə bağlı gördüyüm dəhşətli mənzərəni xatırlatdı”
Qeyd edək ki, oyunun nəticəsinin necə olacağı barədə məlumat verilməyib.
Emin